Litva təklif edir ki, Avropa İttifaqı (Aİ) Ukraynaya hər il 40 milyard avrodan çox yardım ayırsın.
Bu barədəölkə prezidenti Gitanas Nauseda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Litva hər il Ukraynanı dəstəkləyir və ona ÜDM-in 0,25%-ni köçürür.
“Biz hesabladıq ki, digər ölkələr də eyni məbləği ödəməyi öhdəsinə götürsəydi, Ukrayna 43 milyard avro alacaqdı”, - LRT portalı onun sözlərini sitat gətirir .