Suriyanın Cəblə şəhərində keçmiş Prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplarla toqquşmalarda ölkənin Dövlət Təhlükəsizlik İdarəsinin azı 13 əməkdaşı həlak olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, bu, Bəşər Əsədin devrilməsindən sonra Suriyada baş verən ən böyük toqquşmadır.