RU

“Qarabağ-2” komandasının futbolçusu 4 oyunluq cəzalandırılıb

Əvəzedicilər Liqasında çıxış edən “Qarabağ-2” komandasının futbolçusu Nihad Mollayev 4 oyunluq cəzalandırılıb.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının XXV turunda “Sumqayıt-2” ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.

AFFA “Sumqayıt-2” komandasını da cəzalandırıb. “Qarabağ-2” ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.

Избранный
41
6
report.az

7Источники