RU

SEPAH-ın Tehrandakı dəniz mərkəzlərindən birində baş verən partlayış nəticəsində 1 əsgər həlak olub

SEPAH-ın Tehrandakı dəniz mərkəzlərindən birində baş verən partlayış nəticəsində 1 əsgər həlak olub, 10 yanğınsöndürən yaralanıb.

Bu barədə İran mediası SEPAH-ın ctimaiyyətlə əlaqələr bölməsinə istinadən məlumat yayıb.

"Hadisə əvvəlcə hərbi mərkəzdəki bir konteynerin içərisində yanğınla başlayıb, daha sonra yanğınsöndürənlər yanğını söndürərkən partlayış baş verib",- rəsmi məlumatda bildirilib.

Partlayış nəticəsində həlak olan SEPAH üzvünün Mürtəza Abdullahi olduğu açıqlanıb.

Qeyri-rəsmi məlumatlar və bir sıra müxalif sosial media kanalları partlayışın təxribat nəticəsində meydana gəldiyini iddia ediblər.

visiontv.az



Избранный
31
visiontv.az

1Источники