RU

AZQMƏVŞAİB Füzuli Filialından Anım Tədbirlərinə Dəstək və 8 Mart Təbriki - Vətən Naminə

">

Tədbirdə Əhmədalılar kənd icra nümayəndəsi Səfər Əlibəyov, müavin Nail Hüsənli, qazilər Nazim Abbasov və Məmmədov Süleyman iştirak ediblər. Füzuli rayonunun müxtəlif məktəblərinin rəhbərləri – F. Mehdiyev adına Horadiz şəhər 2 saylı tam orta məktəbin direktoru Əliyeva Ləman Rövşən qızı, B. Əliyev adına Əhmədalılar kənd tam orta məktəbin direktoru Məmmədova Arzu Cəfər qızı və N. Alışov adına Qazaxlar kənd tam orta məktəbinin direktoru Şərifova Təranə Əşrəf qızı AZQMƏVŞAİB Füzuli filialının “Təşəkkürnamə”si ilə təltif olunublar. Bu mükafat onların şəhidlərin anım tədbirlərində məktəb kollektivi ilə birlikdə müntəzəm iştirakına görə təqdim edilib.

Eyni zamanda, anım günlərində fəallıq göstərən şagirdlərə Füzuli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi işlər üzrə şöbəsinin baş məsləhətçisi Xalisə Məmmədovanın “Zəfərin Amili” kitabı hədiyyə edilib. Bu təşəbbüs AZQMƏVŞAİB tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Gününə bir töhfə kimi qiymətləndirilib.

AZQMƏVŞAİB Füzuli filialı bu münasibətlə təşkilatın bütün xanım üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı və uğurlar arzulayır.

AZQMƏVŞAİB Füzuli Filialı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Избранный
36
2
vetennamine.az

10Источники