Kolumbiyanın qərbində iğtişaşlar zamanı cinayətkarlar 29 hüquq-mühafizə orqanının əməkdaşını oğurlayıblar.
Bu barədə "Blu Radio" məlumat yayıb.
“İğtişaşlar zamanı polis və hərbçilərə vəhşicəsinə hücum edilib. 29 asayiş keşikçisinin qaçırıldığı bildirilir”, - nəşr qeyd edib.
Onlar əlavə ediblər ki, qarşıdurma zamanı hücum edənlər iki rəsmi avtomobili də yandırıblar.