RU

İtkin düşmüş hüquq müdafiəçisi bu ərazidən TAPILDI - FOTO

Paytaxtda itkin düşən Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə 1news.az-ın Facebook sosial şəbəkəsindəki səhifəsində qadının qızı Anna Əhmədova məlumat verib.

Onun sözlərinə görə, T.Qordeyeva Səməd Vurğun parkında Səbinə adlı qadın tərəfindən tapılıb.

Qeyd edək ki, Qordeyeva 1990-2000-ci illərdə Əsgər Anaları Komitəsinin sədr müavini, tanınmış azərbaycanlı hüquq müdafiəçisi.


Bizim.Media

Избранный
93
37
bizim.media

10Источники