Türkiyənin xarici işlər naziri Hakan Fidan, habelə güc strukturlarının başçıları – müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın martın 9-da İordaniyaya səfər edəcəklər.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsi bəyanat yayıb.
“Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri Yaşar Güler və MİT sədri İbrahim Kalın ilə birlikdə 9 mart 2025-ci il tarixində İordaniya, İraq, Livan və Suriyanın iştirakı ilə Ammanda keçiriləcək toplantıda iştirak edəcəklər”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.