ABŞ-nin Səhiyyə Nazirliyi ölkə administrasiyasının elan etdiyi kütləvi ixtisarlar fonunda bütün əməkdaşlara işdən çıxmağı təklif edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.
“ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşlarına 25 min dollar ödənilməsi müqabilində könüllü istefa vermə ehtimalı barədə məlumatlandırılıb”, – reportajda deyilir.
Kanalın məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən dövlət qulluqçularının sayını kütləvi şəkildə ixtisar etmək kampaniyasının bir hissəsidir.
İşdən çıxarılma təklifi martın 14-dək etibarlıdır. Nazirlikdə ümumilikdə 80 mindən çox işçi çalışır.