Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvələrin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara son qarşıdurmaları şərh edərkən deyib.
"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - o bildirib.