RU

Əl-Şara: Suriya hökuməti ölkənin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək

“Suriyanın yeni hakimiyyəti heç bir xarici qüvvənin və ya ölkə içindəki qruplaşmaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.”

APA xəbər verir ki, bunu Suriyanın prezidenti Əhməd əl-Şara ölkənin qərbində baş verən hadisələrə münasibət bildirərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - Əl-Şaraa bildirib.

Qeyd edək ki, martın 6-da Laziqiyyə, Tartus və Homs vilayətlərində hökumət qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşma yaşanıb.

Избранный
24
5
apa.az

10Источники