RU

Azərbaycan ilə Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 61,9% artıb

2024-cü ildə Azərbaycan ilə Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 30,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 milyon ABŞ dolları və ya 24,5% azalma göstərir.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Sloveniyaya 8,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, bu da 2023-cü illə müqayisədə 3 milyon ABŞ dolları və ya 27% azalma deməkdir. Eyni zamanda, 2024-cü ildə Azərbaycana Sloveniyadan idxal 6,7 milyon ABŞ dolları və ya 23,5% azalarak 21,9 milyon ABŞ dollarına çatıb.

Lakin 2024-cü ilin yanvar ayında Azərbaycanla Sloveniya arasındakı ticarət əməliyyatlarında artım müşahidə edilib. Bu ay ərzində ticarət dövriyyəsinin həcmi 4,9 milyon ABŞ dolları olub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 61,9% çoxdur. Hesabat ayında Azərbaycandan Sloveniyaya 2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da əvvəlki ilin yanvarı ilə müqayisədə 802 min ABŞ dolları və ya 66,1% artıb.

Eyni zamanda, bu ilin yanvarında Azərbaycana Sloveniyadan məhsul idxalı 262 min ABŞ dolları və ya 1,1% artaraq 2,9 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 70,5% artıb.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Fuad Mədətov
Finss.az

Избранный
6
4
fins.az

10Источники