RU

Türkiyədən Qırğızıstana dəri ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66 faiz artaraq 8 milyon 112 min 42 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qırğızıstana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72,4 faiz artaraq, 13 milyon 951 min 91 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına dəri ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə1,6 faiz azalaraq, 258 min 946 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 132 min 489 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 7,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 1 milyon dollar məbləğində dəri ixrac edib.

Избранный
6
18
turkic.world

10Источники