Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.
Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.
Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта