RU

Bu gün Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə mərhələ adlayacaq 4 komanda müəyyənləşəcək. Gecənin əsas görüşü İngiltərədə keçiriləcək. “Enfild”də “Liverpul” Fransa PSJ-sini qəbul edəcək. Komandalar arasında Fransada keçirilən qarşılaşmada Mersisayd təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 oyunu sabah keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

11 mart

Избранный
58
50
publika.az

10Источники