RU

AÇ-2026: Millimiz Yunanıstana qarşı

Azərbaycanın futzal millisi bu gün AÇ-2026-nın əsas mərhələsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 4-cü tur çərçivəsində Afinada Yunanıstanın qonağı olacaq.

Millimiz azı qrup ikinciliyini təmin edib pley-offa vəsiqə şansını saxlamaq üçün bu günkü görüşdən qalib ayrılmalıdır.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, V qrupda Xorvatiya 9 xalla liderdir. Yunanıstan 4 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür. 

AÇ-2026
Əsas mərhələ, V qrup
11 mart

21:00. Yunanıstan - Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eyhler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. DAİS Sports Hall.

Избранный
30
6
fanat.az

8Источники