RU

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 15,4 faiz artıb

Naxçıvan, 11 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 1 mart 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 20 min 175 təşkil edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faiz artaraq 561 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4 faiz artıb və 5 min 944 təşkil edib.

Избранный
34
5
azertag.az

10Источники