RU

Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri - 1979-cu il təvəllüdlü Dəyanət Ələddin oğlu Mustafayev və 1980-ci il təvəllüdlü Elşən Əliş oğlu Ağaoğluya məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Избранный
89
50
oxu.az

10Источники