RU

Qafqazda yeni münaqişə yaradılır? - Politoloq AÇIQLADI

“Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti dron müharibəsindən bəhs edir. Deməli, Ermənistan yenə əvvəlki səhvləri edir. Azərbaycanın dronlardan hücum edəcəyini düşünür. Lakin bu, heç də belə deyil. Ümumiyyətlə, Azərbaycan ilə Ermənistan arasında yeni müharibə ehtimalı azdır”.   Bunu Manset.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, qarşı tərəf bizi təhrik etməsə və ya sülhdən yayınmasa, müharibə baş verməz: “Əks bir hal olarsa, Bakı lazımi tədbir görər. Bu halda yəqin ki, Azərbaycan köhnə taktikalardan deyil, yeni taktikalardan istifadə edər.
O ki qaldı siyasi arenadakı son proseslər fonunda Qafqazda münaqişə başlaması ehtimalına, bu mümkündür. Dediyim kimi, proseslər sürətlə dəyişir. Ermənistan isə rahat təsirə düşən bir ölkədir. Fərqli güclərin əlaltısı kimi İrəvan regionda reallıqları dəyişmək istəsə, Azərbaycan da buna cavab verəcək." Politoloq onu da vurğulayıb ki, Azərbaycan ordusu dünyanın ən peşəkar, yenilikçi və öz üzərində işləyən nadir ordularındandır:  “Ən önəmlisi, hərbi doktrinalarımızı rəqib müəyyən edə bilmir. 44 günlük müharibə zamanı dronlardan istifadə buna misal ola bilər. Dronlar əvvəllər də hərb meydanında istifadə edilib. Lakin İkinci Qarabağ müharibəsində ilk dəfə idi ki, bir ölkə bunu total səviyyədə istifadə edirdi. Bu planlar illərdir işlənib hazırlanıb və rəqibə sızdırılmayıb.
Ermənistan Azərbaycanın birbaşa hücum edəcəyini düşündüyü üçün Ohanyan səddi kimi müdafiə taktikalarından istifadə edirdi. Lakin 44 günlük müharibə zamanı rəqib kifayət qədər təəccübləndi. Gözləntiləri özünü doğrultmadı".  

Seyranə Quliyeva

Избранный
58
manset.az

1Источники