RU

Elnurə Məmmədova Avropa çempionatında finala yüksəldi

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Yenicag.az xəbər verir ki, o, italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək finala adlayıb.

Təmsilçimiz sabah həlledici mərhələdə rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.

Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün o, sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.

Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub. Məmmədova sabah bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.

Birgül Soltanova (62 kq) isə 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla məğlub olub.

Избранный
9
9
yenicag.az

10Источники