RU

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Aznews.azxəbər verir ki, o, italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək finala adlayıb.

Təmsilçimiz sabah həlledici mərhələdə rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.

Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün o, sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.

Избранный
2
9
aznews.az

10Источники