Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Güləşçimiz finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib.
Sərbəst güləşçimiz Arseniy Djioyev U-23 Avropa çempionatının qızıl medalını qazanıb.