RU

Ən çirkli havaya sahib ölkələr açıqlandı - SİYAHI

İsveçrənin hava keyfiyyəti texnologiyası şirkəti IQAir 2024-cü ilin hesabatında dünyada ən çirkli hava keyfiyyətinə malik ölkələri açıqlayıb.

Milli.Az xəbər verir ki, bu araşdırmaya görə, dünyada yalnız 7 ölkə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hava keyfiyyəti standartlarına cavab verir.

Ən Çirkli Havaya sahib 5 Ölkə:

Çad
Banqladeş
Pakistan
Konqo Demokratik Respublikası
Hindistan

Bu ölkələrdə hava çirkliliyi, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi limitin 10 qatına qədər yüksəlir, Çadda isə bu göstərici 18 dəfə artıqdır.

Dünyanın Ən Çirkli Paytaxtları:

Yeni Delhi (Hindistan)
Najami (Çad)
Dakka (Banqladeş)
Kinşasa (Konqo Demokratik Respublikası)
İslamabad (Pakistan)

Hindistanda 2024-cü ildə havanın çirkliliyi 2023-ə nisbətən 7 faiz azalıb, Çində isə 2013-2020-ci illər arasında çirklənmə 50% azaldı.

Avropada ən çirkli havaya sahib ölkə isə Bosniya və Herseqovinadır. Şimali Makedoniya və Serbiya da sıralamada yer alır.

Dünyada yalnız 7 ölkə Ümumdünya Səhiyyə Təşkilatının havaya dair standartlarına tam uyğun gəlir. Bu ölkələr: Estoniya, İslandiya, Avstraliya, Yeni Zelandiya, Bahamalar, Qrenada və Barbados.

Hava çirkliliyi yüksək qan təzyiqindən sonra dünyada ölümə səbəb olan ən böyük risk faktorudur. Hər il 7 milyon insan hava çirkliliyi səbəbindən həyatını itirir. 

Milli.Az

Избранный
4
5
milli.az

10Источники