RU

Ən təmiz və çirkli havaya sahib ölkələri - Siyahı

Dünyada ən çirkli hava keyfiyyətinə malik ölkələr açıqlanıb.

Publika.az xəbər verir ki, İsveçrənin hava keyfiyyəti texnologiyası şirkəti IQAir 2024-cü ilin hesabatına görə, dünyada yalnız 7 ölkə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hava keyfiyyəti standartlarına cavab verir: Estoniya, İslandiya, Avstraliya, Yeni Zelandiya, Bahamalar, Qrenada və Barbados.

Ən çirkli havaya sahib 5 ölkə bunlardır: Çad, Banqladeş, Pakistan, Konqo Demokratik Respublikası, Hindistan.

Bu ölkələrdə hava çirkliliyi, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi limitin 10 qatına qədər yüksəlir, Çadda isə bu göstərici 18 dəfə artıqdır.

Dünyanın ən çirkli paytaxtı isə dəyişməyib - Yeni Delhi (Hindistan) bu il də siyahının başındadır. Onu Najami (Çad), Dakka (Banqladeş), Kinşasa (Konqo Demokratik Respublikası), İslamabad (Pakistan) izləyib.

Araşdırmalara görə, Hindistanda 2024-cü ildə havanın çirkliliyi 2023-ə nisbətən 7 faiz azalıb.

Избранный
5
5
publika.az

10Источники