RU

Şarl Mişel: Bu gün düzgün seçim daha çox siyasi cəsarət tələb edir

"Daha çox qarşılıqlı etimad son dərəcə vacibdir. Biz bütün dünyada ciddi çətinlikləri, iqlim dəyişikliyini, artan bərabərsizlikləri, müharibələri, münaqişələri görürük".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında XII Qlobal Bakı Forumundan gözləntilərini açıqlayan Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel bildirib.

Şarl Mişel deyib ki, bir-birimizi dinləmək, bir-birimizlə danışmaq və birlikdə qərar qəbul etmək üçün ən yaxşı yolların hansı olduğunu müəyyən etmək, bəzi prioritetləri müəyyən etmək önəmlidir: “Hamımızın öz tariximiz, mədəni reallıqlarımız, adət-ənənələrimiz olduğunu nəzərə alsaq, bu, çox vacibdir. Düzgün seçim etmək daha çox siyasi iradə və yəqin ki, daha çox siyasi cəsarət tələb edir”.
Избранный
6
4
sherg.az

5Источники