RU

Suriyada Milli Təhlükəsizlik Şurası yaradıldı

Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şəra ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman verib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

"Milli Təhlükəsizlik Şurası Prezidentin sədrliyi ilə yaradılır. Onun məqsədi təhlükəsizlik və siyasi məsələləri koordinasiya və idarə etməkdir", - agentlik fərmandan sitat gətirib.

Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, Şuranın iki məsləhətçi üzvü və Şəra tərəfindən təyin edilmiş texniki ekspert olacaq.

“Milli təhlükəsizlik və dövlətin qarşısında duran çağırışlarla bağlı qərarlar Milli Təhlükəsizlik Şurası üzvləri ilə məsləhətləşmələr əsasında qəbul ediləcək”, - fərmanda qeyd edilir.

Görüşlər vaxtaşırı və ya Prezidentin qərarı ilə keçiriləcək.

Избранный
23
8
korrespondent.az

10Источники