RU

Misli Premyer Liqasında bu gün XXVII tura start veriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Naxçıvan klubu 46 xalla 3-cü, “şirlər” isə 27 xalla 7-ci sıradadır.

Matçı Rauf Cabarov idarə edəcək.

Qeyd edək ki, turun digər oyunları martın 15-i və 16-da təşkil olunacaq.

Избранный
12
1
yeniazerbaycan.com

2Источники