RU

“Azərenerji” İES-lərdə və SES-lərdə elektrik enerjisi istehsalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında “Azərenerji” ASC 4,35 milyardkilovat-saat (kVt·st) elektrik enerjisi istehsal edib.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə167 milyon kVt·st və ya 4% çoxdur. Ötən ilin yanvar-fevralaylarında bu göstərici 4,18 milyard kVt·st idi.

Bu dövrdə “Azərenerji” istilik elektrik stansiyalarında (İES)3,95 milyard kVt·st, su elektrik stansiyalarında (SES) 398 milyonkVt·st elektrik enerjisi istehsal edib.

Bunlar da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq27 milyon kVt·st (0,7%) və 140 milyon kVt·st (54,3%) çoxdur. Beləki, 2024-cü ilin ilk iki ayında “Azərenerji” İES-lərdə 3,92 milyardkVt·st, SES-lərdə 258 milyon kVt·st elektrik enerjisi istehsaledib.

Qeyd edək ki, bəhs olunan dövrdə elektrik enerjisinin istehsalıNaxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kVt·st(İES-lərdə 41,4 milyon kVt·st, SES-lərdə 12,3 milyon kVt·st, GES-də7,6 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrikstansiyalarında 4,1 milyon kVt·st, müstəqil elektrik stansiyalarıüzrə isə 445,8 milyon kVt·st təşkil edib.

Избранный
23
50
az.trend.az

10Источники