Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə növbəti görüş keçiriləcək. Prezident Donald Tramp növbəti addımları müəyyən edəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Marko Rubio çıxış edib.
O qeyd edib ki, xüsusi nümayəndə Stiven Uitkoff Rusiyadan geri qayıtdıqdan sonra Rusiyanın mövqeyi daha ətraflı dəyərləndiriləcək: “Bundan sonra ABŞ prezidenti növbəti addımların nədən ibarət olduğunu müəyyən edəcək”.