Misli Premyer Liqasında 27-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, günün ikinci matçında “Sabah” öz meydanında “Zirə”ni qəbul edir.
"Sabah” hazırda 34 xalla turnir cədvəlində beşinci, “Zirə” isə 51 xalla ikinci yeri tutur.
Bu mövsümdə paytaxt klublarının qarşıdurmasında “Zirə”nin üstünlüyü var. Səfərdə rəqibini 2 cavabsız qolla üstələyən Rəşad Sadıqovun komandası öz meydanında da 1:1-lik heç-heçəyə nail olub.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
Misli Premyer Liqası
27-ci tur
15 mart
19:30. “Sabah” - “Zirə” - 1:0 (Birinci hissə)
Qol: Cesse Sekidika, 34
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayılov
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”
17:00. “Kəpəz” - “Qarabağ” - 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
16 mart
16:00. “Səbail” - “Neftçi”
18:30. “Turan Tovuz” - “Sumqayıt”
14 mart
“Araz-Naxçıvan” - “Şamaxı” - 1:1
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 11 qol
Cesse Sekidika ("Sabah") - 10 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol