RU

"SpaceX" dörd nəfəri Beynəlxalq Kosmik Stansiyaya çatdırıb

"SpaceX" şirkətinin çoxistifadəli "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyasına (BKS) uğurla birləşib.
 
Bu barədə Oxu.Az NASA-ya istinadla xəbər verir.
 
Bildirilir ki, ki, "Crew Dragon"un BKS-yə birləşməsi martın 16-na keçən gecə baş verib.
 
Beləliklə şənbə günü BKS-yə doğru start götürmüş kosmik gəmi birləşmək üçün cəmi 28 saata yaxın yol qət edib.
 
"Crew Dragon" dördnəfərlik ekipajdan ibarətdir. Ora "Roskosmos"un kosmonavtı Kirill Peskov, NASA astronavtı Ann Makleyn (komandir), Nikol Ayers və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) astronavtı Takuya Onişi daxildirlər.
 
Xatırladaq ki,"Crew Dragon" gəmisi ilə "Falcon 9"un buraxılışı martın 12-də baş tutmalı idi, lakin starta bir saatdan az vaxt qalmış uçuş ləğv edilib. Buna səbəb raketin yerüstü dəstək sıxacının hidravlik sistemində yaranan problem olub.
Избранный
7
6
moderator.az

7Источники