RU

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada Avropa Kubokunda daha 2 medal qazanıb - FOTO

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha 2 medal qazanıblar.

Cüdo Federasiyasından Day.Az-a verilən məlumata görə, Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medala layiq görülüblər.

 

Beləliklə, cüdoçularımızın Avropa Kubokunda qazandıqları medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalını əldə etmişdi.

Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.

  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
  • Azərbaycanın
Избранный
11
12
day.az

10Источники