RU

Xızıda xanım prokuror qəzaya düşdü

ızı rayonunun prokuroru Xəyalə Əlyəsə qızı Aslanova yol qəzasına düşüb.
"Toyota” markalı maşın “Niva” markalı avtomobillə toqquşub.
"Toyota"da olan Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb.
X.Aslanova və digər zərərçəkənlər Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.
***

Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Избранный
27
35
bolge.tv

10Источники