RU

Prezident Qarabağ həqiqətlərini bir daha dünyanın diqqətinə çatdırdı - Bizdən nə danışırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Moldovanın "Noi.md" xəbər portalı "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumunun rəsmi açılış mərasiminə dair məqalə dərc edib.
Məqalədə Prezident İlham Əliyevin Forumda söylədiyi fikirlərə geniş yer verilib. Prezidentin nitqində Azərbaycanın beynəlxalq mövqelərinin konturları, üzləşdiyi vəzifələr və əldə etdiyi uğurlar göstərilib. Dövlət başçısı Bakı Forumunun aktual qlobal problemlərin müzakirəsi üçün aparıcı platformalardan birinə çevrildiyini vurğulayıb.
Məqalədə həmçinin Prezident İlham Əliyevin Azərbaycanın yaşadığı işğal illəri və Ermənistan tərəfinin verdiyi dağıntılar haqqında fikirləri də yer alıb. Rusiyanın "Vestnik Kavkaza" nəşri "Biz Cənubi Qafqazda sülh qurmalıyıq" başlıqlı xəbər yayımlayıb. Mənbə Azərbaycan Prezidenti İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Cənubi Qafqazda sülhün bərqərar olmasının vacibliyini vurğulaması barədə xəbər təqdim edib.
Dövlət başçısı Bakının sülh prosesinə sadiqliyini bir daha diqqətə çatdırıb. Qazaxıstanın "Kazinform" nəşri oxucularına "Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını artıracaq" başlıqlı xəbər təqdim edib. Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını artırmaq niyyətindədir.
Mənbə xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Astanada görüşdən sonra deyib.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
98
1
oxu.az

10Источники