RU

Baxçalıdan İmamoğlu ilə bağlı açıqlama: Buna hazırlaşmaq dəlilikdir

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Bağçalı sözügedən qərarla bağlı Türkiyə məhkəməsinə etibar etdiyini bildirib.

"İBB ilə bağlı verilən məhkəmə qərarını səbir, sağlam düşüncə ilə qarşılamaq və qanunun verəcəyi hər hansı bir qərara hörmət etmək ortaq bir məsuliyyət olmalıdır. Heç kim toxunulmaz, əlçatmaz və məsuliyyətsiz deyil. Türkiyə məhkəməsinə tam güvənirəm. Günahsızlıq məhkəmə tərəfindən sübuta yetirilənə qədər vacibdir.

Qanuni bir tədbiri çevriliş adlandıraraq qaralamaq, hüquq axtarışına çıxmaq üçün küçələrə çıxmağa hazırlaşmaq dəlilikdir”.

Избранный
9
50
publika.az

10Источники