RU

1127-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1127-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 659 təyyarəsi, 283 helikopteri, 48 462 PUA-sı, 601 zenit-raket kompleksi, 22 499 tank və digər zirehli texnikası, 1 532 reaktiv yaylım atəş sistemi, 22 987 artilleriya və minaatanı, 33 368 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Избранный
41
49
axar.az

10Источники