Misli Premyer Liqasında 18-ci tur davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Matçın 81-ci dəqiqəsində güclü küləyin təsirindən işıq dirəyi aşdığı üçün görüş yarımçıq dayandırılıb.Peşəkar Futbol Liqası, hakimlər və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.
Saat 18:00-da isə "Sumqayıt" - "Səbail" görüşü başlayıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura ötən gün start verilib. Son 2 görüş isə dekabrın 24-də keçiriləcək.
Misli Premyer Liqası, 18-ci tur
23 dekabr
18:30."Sumqayıt" - "Səbail" - 1:0
Qol: Adi Mehremiç, 70-avtoqol
"Kapital Bank Arena"
16:00."Turan Tovuz" - "Araz-Naxçıvan" - 2:1 (81-ci dəqiqədə yarımçıq dayandırılıb və oyun təxirə salınıb)
Qollar: Xəyal Nəcəfov, 7 (1:0), Bruno Qonçalveş, 16 (2:0), İsmail Azzaui, 58-pen. (2:1)
Tovuz şəhər stadionu
24 dekabr
16:00."Neftçi" - "Kəpəz"
"Neftçi Arena"
18:30."Zirə" - "Qarabağ"
Zirə İdman Komleksi
22 dekabr
16:00 "Qəbələ" - "Sabah" - 1:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 17 | 12 | 2 | 3 | 44-14 | 38 |
2 | Zirə | 17 | 8 | 5 | 4 | 13-9 | 29 |
3 | Səbail | 17 | 7 | 5 | 5 | 26-26 | 26 |
4 | Araz-Naxçıvan | 17 | 7 | 5 | 5 | 19-16 | 26 |
5 | Neftçi | 17 | 7 | 4 | 6 | 19-17 | 25 |
6 | Sumqayıt | 17 | 6 | 6 | 5 | 18-23 | 24 |
7 | Sabah | 18 | 6 | 4 | 8 | 25-22 | 22 |
8 | Turan Tovuz | 17 | 5 | 4 | 8 | 26-27 | 19 |
9 | Kəpəz | 17 | 3 | 5 | 9 | 11-27 | 14 |
10 | Qəbələ | 18 | 4 | 2 | 12 | 12-32 | 14 |