Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.
Futbolpress.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqibini məğlub edib.
Oyun 3:2 hesabı ilə Azərbaycanın qələbəsi ilə başa çatıb.
Razılaşmaya əsasən şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq. Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq.
Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidi.