RU

"Tənbəl qızların" tərzi bu mövsüm trend olacaq

"TikTok" ilə birlikdə həyatımıza sonsuz trendlər də girdi. Sosial şəbəkə istifadəçiləri ətraflarında gördükləri hər şeyi estetikaya çevirməyə çalışırlar. Tendensiyalar inanılmaz dərəcədə qəribə olsa da, onlardan bəziləri mütləq diqqətə layiqdir.

Publika.az xəbər verir ki, hazırda "TikTok"da populyarlıq qazanan ən məşhur dəb tendensiyalarından biri "Cozy girl" estetikasıdır. "Cozy girl" (Rahat qız) rahatlığına düşkün, eyni zamanda cəlbedici görünməyə nail olan qızları ifadə edir.

Payızın gəlişi ilə biz yumşaq trikotaj, həcmli kapüşon və nəhəng şərflər geyinməyə, makiyajda isə daha isti tonlardan təbii fakturalardan istifadə etməyə başlayırıq. Bəs soyuq mövsümdə "Cozy girl" görünüşünə necə nail ola bilərik?

"Rahat qız" estetikası "TikTok"da keçən ay görünməsinə baxmayaraq, artıq bir neçə mövsümdür ki, gündəmdədir. Xüsusilə model Cici Hadid öz brendinin kolleksiyalarında bu tərzi təbliğ etməklə məşğuldur. Keçən il model kaşmir geyimləri üzrə ixtisaslaşan “Goman in Residence” geyim brendini təqdim etdi. Cici rahat və boş sviterlərdə, yumşaq kardiqanlar və isti corablarda, əsasən ev rahat və isti interyer fonunda tez-tez kamera qarşısına keçərək pozalar verir. Bununla birlikdə, "Rahat qız" estetikası çoxdan evlərdən kənara çıxdı. Yumşaq fakturalar podiumların əsas tendensiyalarından birinə çevrildi və demək olar ki, bütün influenserlər bu üslubda geyinməyə başladılar. Odur ki, "Cozy girl" estetikasından ilhamlana biləcəyimiz obrazlar tapmaq çətin olmayacaq.

Rahatlıq dedikdə, əlbəttə ki, ağla ilk növbədə yumşaq və bol sviterlər gəlir. Trikotaj və yun kimi müxtəlif materiallar arasından seçim edə biləcəyiniz sviterləri bir çox şalvar, cins və ətəklərlə birləşdirə bilərsiniz.

Rahat qız tərzinin əsas xüsusiyyətlərindən biri obrazıb yumşaq və rahat parçalardan təşkilidir. Rahatlığın hər mənada vurğulandığı "Rahat qız" trendində yun corabları qısa çəkmələr, idman ayaqqabıları və ya uqqilər ilə birləşdirərək çox gözəl görünüş əldə edə bilərsiniz.

Избранный
502
50
publika.az

10Источники