AZ

Bakının müttəfiqi niyə İrəvana dəstək verdi? - Areşev

Hər gün daha çox Qərb lideri Ermənistanın Qərbə inteqrasiyası mövzusundan danışır. Bunun da məqsədi İrəvanı Qərbə doğru addımlar atmaq məsələsində ruhlandırmaq və onu Rusiya ilə müttəfiq strukturlarından əl çəkməyə sövq etməkdir.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Areşev deyib.

Onun sözlərinə görə, Qərb İrəvana Ermənistan ətrafında konsolidasiyanın nə qədər böyük olduğunu göstərmək istəyir:

“Lakin reallıqda bu konsolidasiya Ermənistanın xeyrinə deyil, Rusiyanı zəiflətməyə yönəlib. Böyük Britaniya hər zaman Azərbaycanı daha fəal dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Həmişə belə olub. Bəli, Böyük Britaniya Ermənistanı Rusiyadan ayrılmaq və İranla münasibətləri dərinləşdirməmək istəyini dəstəkləyəcək və təşviq edəcək. Bununla belə, İrəvana real dəstək Ermənistanın Azərbaycana qarşı təhlükəsizliyinə dəstəyi və hərbi potensialının inkişafını nəzərdə tutur. Özünü Ermənistanın AB-də ən yaxın müttəfiqi kimi göstərən Fransa belə İrəvana bəzi texnikalar təqdim edir və onların sırf müdafiə xarakterli olduğunu konkret olaraq bildirir. Böyük Britaniyaya gəldikdə isə həddən artıq məhdudlaşdırıcı hallar var, Böyük Britaniya Azərbaycanın müttəfiqi olub və qalır, müharibədə Bakını dəstəkləyib”.

Areşevin fikrincə, İranın Ermənistana xəbərdarlıqları son dərəcə əhəmiyyətlidir:

“Onlar ona görə vacibdir ki, İran Ermənistan hakimiyyətini son dönüşdən çəkindirməyə çalışır. Yəni İran üçün prinsipialdır ki, İrəvan Qərbə üz tutmasın, Qərbin Ermənistanda təhlükəsizlik sferasında varlığı artmasın. İran Rusiya ilə münasibətlərin səviyyəsinin dəyişdirilməsi məsələsinə isə normal yanaşır. Amma Ermənistanla Qərb arasında aktiv danışıqlar onu narahat edir. Bundan başqa, yalnız geosiyasi rəqabət var, məqsəd Rusiyanı bölgədən sıxışdırmaqdır. Bütün bunlardan xəbərdar olmadan addımlar təbii olaraq xoşagəlməz nəticələrə gətirib çıxara bilər. İndiki mərhələdə İran mühüm rolu öz üzərinə götürüb, mümkün ciddi addımlardan əvvəl Tehran müvafiq xəbərdarlıqlar edir, əvəzində Ermənistana təhlükəsizlik və çəkindirmə mexanizmləri üzərində qurulmuş ittifaq təklif edir”.

Seçilən
141
21
Mənbələr
Şərh ()
Bağla