AZ

Premyer Liqa: “Vest Hem”lə “Aston Villa”dan qollu heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə cəmi bir qarşılaşma baş tutub.

“Vest Hem” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Bu turun “Arsenal” – “Çelsi”, “Kristal Pelas” – “Nyukasl”, “Mançester Yunayted” – “Şeffild Yunayted”, “Vulverhempton” – “Bornmut”, “Everton” – “Liverpul” və “Brayton” – “Mançester Siti” oyunları təxirə salınıb. Buna səbəb sözügedən komandaların İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsinin oyunlarında iştirakıdır.

İngiltərə, Premyer Liqa
29-cu tur
16 mart

Börnli – Brentford 2:1
Qollar: Larsen, 10-pen. Fofana, 62 – Ayer, 83.

Luton Taun – Nottingem Forest 1:1
Qollar: Berri, 89 – Vud, 34.

Fulhem – Tottenhem 3:0
Qollar: Munis, 42; 61. Lukiç, 49.

17 mart

Vest Hem – Aston Villa 1:1
Qollar: M.Antonio, 29 – Zaniolo, 79.

Seçilən
145
13
Mənbələr
Şərh ()
Bağla