AZ

Premyer Liqa: “Vest Hem”dən “Tottenhem”lə heç-heçə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Vest Hem” və “Tottenhem” arasındakı oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Börnli” – “Vulverhempton” və “Nyukasl” – “Everton” oyunlarında da oxşar hesab qeydə alınıb.

Dörd qolun vurulduğu “Nottingem Forest” – “Fulhem” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. “Bornmut” da evdə “Kristal Pelas”a yeganə qolla qalib gəlib.

31-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İngiltərə, Premyer Liqa
31-ci tur
2 aprel

Nyukasl – Everton 1:1
Qollar: A.İsak, 15 – Kalvert-Levin, 88.

Nottingem Forest – Fulhem 3:1
Qollar: Hadson-Odoi, 9. Vud, 19. Gibbs-Uayt, 45+3 – Adarabioyo, 49.

Bornmut – Kristal Pelas 1:0
Qol: Kluyvert, 79.

Börnli – Vulverhempton 1:1
Qollar: Larsen, 37 – Ait-Nuri, 45+3.

Vest Hem – Tottenhem 1:1
Qollar: Zuma, 19 – B.Conson, 5.

3 aprel

22:30. Arsenal – Luton Taun
22:30. Brentford – Brayton
23:15. Mançester Siti – Aston Villa

4 aprel

22:30. Liverpul – Şeffild Yunayted
23:15. Çelsi – Mançester Yunayted

Seçilən
164
13
Mənbələr
Şərh ()
Bağla