AZ

“NATO Ukraynaya yardım göstərməklə bağlı ABŞ-nin bəzi funksiyalarını öz üzərinə götürə bilər” – KİV


“Keçmiş Amerika lideri və ABŞ prezidentliyinə namizəd Donald Trampın bəyanatları fonunda NATO Ukraynaya hərbi yardımın əlaqələndirilməsi və təmin edilməsi üzrə Pentaqonun məsuliyyətinin bir hissəsini öz üzərinə götürə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “Semafor” informasiya portalı anonim mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, alyans rəhbərliyi artıq Qərbin Ukraynaya hərbi yardımının əlaqələndirilməsi üzrə Pentaqonun funksiyalarının bir hissəsinin NATO-ya ötürülməsi ilə bağlı danışıqlar aparır:
“Söhbət 40-dan çox ölkəni birləşdirən Almaniyadakı Amerikanın Ramşteyn hərbi bazasında Kiyevə hərbi yardım üzrə təmas qrupunun işindən gedir. Alyans bu məsələnin müzakirəsini bloka üzv ölkələrin başçılarının iyulda keçiriləcək sammitinə qədər başa çatdırmaq niyyətindədir”.
Qeyd edilir ki, bu cür müzakirələrə səbəb Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı narahatlıqlardır. O, alyansın maliyyələşdirilməsi ilə bağlı sərt mövqeyini dəfələrlə bəyan edib. Portal əlavə edir ki, siyasi qeyri-müəyyənlik NATO-nu ABŞ-nin Ukraynadakı münaqişədə iştirakının mümkün azaldılmasına əvvəlcədən hazırlaşmağa vadar edir.
Seçilən
205
50
Mənbələr
Şərh ()
Bağla