AZ

NATO Ukraynaya ilə bağlı ABŞ-ın bəzi funksiyalarını öz üzərinə götürə bilər

Keçmiş Amerika lideri və ABŞ prezidentliyinə namizəd Donald Trampın bəyanatları fonunda NATO Ukraynaya hərbi yardımın əlaqələndirilməsi və təmin edilməsi üzrə Pentaqonun məsuliyyətinin bir hissəsini öz üzərinə götürə bilər. Bizimyol.info xəbər verir ki, bu barədə Amerikanın “Semafor” informasiya portalı anonim mənbələrə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, alyans rəhbərliyi artıq Qərbin Ukraynaya hərbi yardımının əlaqələndirilməsi üzrə Pentaqonun funksiyalarının bir hissəsinin NATO-ya ötürülməsi ilə bağlı danışıqlar aparır. O cümlədən, söhbət 40-dan çox ölkəni birləşdirən Almaniyadakı Amerikanın "Ramşteyn" hərbi bazasında Kiyevə hərbi yardım üzrə təmas qrupunun işindən gedir. Alyans bu məsələnin müzakirəsini bloka üzv ölkələrin başçılarının iyulda keçiriləcək sammitinə qədər başa çatdırmaq niyyətindədir. Bu cür müzakirələrə səbəb Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə bağlı narahatlıqlardır. O, alyansın maliyyələşdirilməsi ilə bağlı sərt mövqeyini dəfələrlə bəyan edib. Portal əlavə edir ki, siyasi qeyri-müəyyənlik NATO-nu ABŞ-ın Ukraynadakı münaqişədə iştirakının mümkün azaldılmasına əvvəlcədən hazırlaşmağa vadar edir. Bundan əvvəl İsveçin müdafiə naziri Pol Conson "SVT" televiziyasına müsahibəsində Kiyevə yardımın davam etdirilməsinin zəruriliyindən danışıb. Onun sözlərinə görə, bir çox Avropa ölkəsi Trampa Amerikanın Ukraynaya yardımını azaltmağa və ya tamamilə dayandırmağa hazırlaşır. Fevralın 10-da Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı NATO üzvü olan ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən biri haqqında danışıb. Onun sözlərinə görə, o zaman xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün ianələr ödəməsə, Rusiyadan ehtimal edilən təhlükə yaranarsa, ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və Rusiya Federasiyasını “istədiyini etməyə” təşviq edəcəyini bildirib. Eks-prezident bu söhbətin nə vaxt, harada və kiminlə aparıldığını dəqiqləşdirməyib. Qadir, Bizimyol.info

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla