AZ

"Liverpul"un baş məşqçisi vəzifəsinə üç əsas namizəd

style='margin-bottom:10px;'>

"Daily Mail" "Liverpul"un baş məşqçisi vəzifəsinə üç əsas namizədin adını açıqlayıb.

QOL.az xəbər verir ki, "mersisaydlılar" klubda yalnız gənc mütəxəssisi görmək istəyirlər. Çünki bununla onlar komandanın inkişaf edəcəyinə inanırlar.  

Baş məşqçi vəzifəsinə namizədlər Xabi Alonso ("Bayer"), Roberto De Zerbi ("Brayton") və Ruben Amorimdir ("Sportinq").

Qeyd edək ki, komandanın hazırkı baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. O, 2015-ci ildən bu komandaya rəhbərlik edir.

Seçilən
195
7
Mənbələr
Şərh ()
Bağla