AZ

Yerinə 2 əsas namizəd var – Premyer Liqa klubunda

“Sportinq”in baş məşqçisi Ruben Amorim və “Brayton”u çalışdıran Roberto De Zerbi “Liverpul”da Yurgen Kloppun yerinə əsas namizədlərdir.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyinin Amorim və De Zerbi də daxil olmaqla alternativ namizədlərə baxdığı qeyd edilib.

Daha əvvəl məlum olmuşdu ki, “Liverpul” artıq “Bayer”i çalışdıran Xabi Alonso variantını nəzərdən keçirmir, çünki ispaniyalı məşqçi ən azı bir mövsüm də “Bayer”də qalmaq niyyətindədir.

Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcək.

“Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 oyunda 64 xal toplayaraq 2-ci yerdədir.

Seçilən
209
7
Mənbələr
Şərh ()
Bağla