AZ

“AzRe Təkrarsığorta”nın mənfəəti azalıb - HESABAT

“AzRe Təkrarsığorta” ASC 2023-cü il üzrə hesabatını açıqlayıb.

FED.az sığorta şirkətinin hesabatına istinadən xəbər verir ki, “AzRe Təkrarsığorta” 2023-cü ili19 milyon 394 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci illə müqayisədə3 milyon 269 min manat və ya 14% azdır.

Hesabat dövründə şirkət 3 milyon 601 min manat mənfəət vergisi ödəyib ki, bu da 2022-ci illə müqayisədə 499 min manat və ya 16% çoxdur.

“AzRe Təkrarsığorta”nın ötən il əsas əməliyyat gəlirləri 115 milyon 25 min manat, investisiya gəlirləri 11 milyon 511 min manat subroqasiya gəlirləri806 min manat, sair gəlirləri 636 min manat cəmi gəlirləri 122 milyon 420 min manat təşkil edib.

Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 79 milyon 583 min manat (3,2 dəfə) artıb, investisiya gəlirləri 3 milyon 393 min manat (23%) azalıb, subroqasiya gəlirləri 655 min manat (5,3 dəfə), sair gəlirləri 338 min manat (2,1 dəfə), cəmi gəlirləri 73 milyon 918 min manat (2,5 dəfə) artıb.

Bu dövrdə əsas əməliyyat xərcləri 89 milyon 459 min manat, işlərin aparılması xərcləri 9 milyon 309 min manat, sair xərcləri 658 min manat, cəımi xərcləri 99 milyon 425 min manat təşkil edib.

İllik müqayisədə əsas əməliyyat xərcləri 73 milyon 661 min manat (5,7 dəfə), işlərin aparılması xərcləri 2 milyon 913 min manat (46%), sair xərcləri 115 min manat, cəımi xərcləri 76  milyon 688 min manat (4,4 dəfə) artıb.

 

“AzRe Təkrarsığorta” ASC ötən il 136 milyon 987 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 1 milyon 557 min manat (1%) artıb.

Öhdəliklər son bir ildə 14 milyon 876 min manat (32%) artaraq 61 milyon 588 min manata çatıb.

Balans kapitalı isə 13 milyon 320 min manat və ya 15% azalaraq 75 milyon 398 min manata düşüb.

Bu dövrdə bölüşdürülməmiş mənfəətin həcmi isə 22 milyon 663 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 289 min manat və ya 31% azdır.

Seçilən
76
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25662
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16683
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
15382
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13887
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11300
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10641
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
10611
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10457
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9964
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9257
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7074
Səidə Sultan klipi üçün lüt soyundu
6979
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6115
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5879
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5506
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5104
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4571
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4480
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4113