AZ

«Atəşgah Sığorta»nın əsas maliyyə göstəriciləri artdı - ŞİRKƏT MƏNFƏƏTƏ ÇIXIB - HESABAT

Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «Atəşgah Sığorta» 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 437 min manat xalis mənfəətlə başa vurub. 518 min manata yaxın zərər idi. Göründüyü kimi son bir il ərzində yüksək fərqlə sığorta şirkəti zərərdən mənfəətə keçib.

Bu dövrdə şirkət 109 min manata yaxın mənfəət vergisi ödəyib. Əvvəlki il isə mənfəət vergisi ödənişi olmayıb.

2023-cü ildə “Atəşgah Sığorta”nın  əsas əməliyyat gəlirləri 48 milyon 244 min manat, birbaşa sığorta üzrə sığorta haqları 45 milyon 870 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 2 milyon 225 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 149 min manat, investisiya gəlirləri 1 milyon 12 min manat, subroqasiya gəlirləri 799 min manat, sair gəlirlər 821 min manat, cəmi gəlirləri isə 38 milyon 859 min manat olub.

Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 18 milyon 259 min manat (61%), birbaşa sığorta üzrə sığorta haqları 17 milyon 18 min manat (59%), sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 1 milyon 247 min manat (2.3 dəfə), investisiya gəlirləri 244 min manat (20%), sair gəlirlər 397 min manat (94%), cəmi gəlirləri isə 8 milyon 695 min manat (29%) artıb.

Bu dövrdə əsas əməliyyat xərcləri 23 milyon 23 min manat, sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 18 milyon 741 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 975 min manat, tənzimləmə xərcləri 54 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 3 milyon 65 min manat, qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 189 min manat, işlərin aparılması xərcləri 14 milyon 568 min manat, sair xərclər 223 min manat, cəmi xərcləri isə 37 milyon  814 min manat təşkil edib.

İllik müqayisədə əsas əməliyyat xərcləri 3 milyon 416 min manat (17%), sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 2 milyon 833 min manat (18%), təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 641 min manat 26%), qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 98 min manat (2,1 dəfə), işlərin aparılması xərcləri 4 milyon 98 min manat (39,1%), sair xərcləri 118 min manat (2,1 dəfə), cəmi xərcləri isə 7 milyon 632 min manat (25%) artıb.

Sığorta şirkətinin maliyyə mənfəəti ötən il 546 min manat olub.

image

 

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla