AZ

Milli Kitabxanada Əli Tudənin 100 illik yubileyi qeyd olunub - FOTOLAR

Martın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin, kitabxananın və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.Kitabxanadan AzVision.az -a bildirilib ki, tədbirdə elm və mədəniyyət xadimləri, ədibin ailə üzvləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Əli Tudənin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi 70-dən artıq kitabın müəllifi olduğunu deyib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-publisist Sayman Azuz Əli Tudənin yaradıcılığından söhbət açıb. Hər zaman Əli Tudənin yaradıcılığını diqqətdə saxlandığını və 100 illiyi münasibətilə Yazıçılar Birliyi tərəfindən medal təsis olunduğunu söyləyib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Esmira Fuad Əli Tudənin Təbriz filarmoniyasını yaratmasından, bir ömrə sığmayan əsərlər yazmasından bəhs edib.

Balaş Azəroğlunun oğlu Etibar Azəroğlu, Əli Tudənin dostu Məmmədəli Hüseyni, Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komisiyasının sədri Sona Xəyal, Nizamişünas Qasım Cahaninin qızı Sədaqət Cahani, şair-publisist Fəxrəddin Meydanlı və digərləri Əli Tudənin həyat və yaradıcılığından bəhs edərək, xatirələrini bölüşüblər.

Tədbirdə şairin şeirləri səsləndirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan görkəmli Azərbaycan şairi Əli Tudəyə həsr olunmuş “Əli Tudə-100” adlı elektron məlumat bazasının təqdimatı olub.

AzVision.az

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3002
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
2533
Bakıda hoteldə yanğın başlayıb
2093
Bu yol qovşağında təmir işləri aparılacaq
2055
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1148
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1093
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
914
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
863
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
844
Çingiz Mustafayevin toyudur - FOTOLAR
811
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
767
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
712
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
620
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
612
Sabah 5 kəndin qazı kəsiləcək
608
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
600
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
563
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
530
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
485
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
482