AZ

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib - FOTO

Martın 29-da Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin, kitabxananın və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə elm və mədəniyyət xadimləri, ədibin ailə üzvləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Əli Tudənin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi 70-dən artıq kitabın müəllifi olduğunu deyib.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-publisist Sayman Aruz Əli Tudənin yaradıcılığından söhbət açıb. Hər zaman Əli Tudənin yaradıcılığını diqqətdə saxlandığını və 100 illiyi münasibətilə Yazıçılar Birliyi tərəfindən medal təsis olunduğunu söyləyib.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Esmira Fuad Əli Tudənin Təbriz filarmoniyasını yaratmasından, bir ömrə sığmayan əsərlər yazmasından bəhs edib.

Balaş Azəroğlunun oğlu Etibar Azəroğlu, Əli Tudənin dostu Məmmədəli Hüseyni, Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sona Xəyal, Nizamişünas Qasım Cahaninin qızı Sədaqət Cahani, şair-publisist Fəxrəddin Meydanlı və digərləri Əli Tudənin həyat və yaradıcılığından bəhs edərək xatirələrini bölüşüblər.

Tədbirdə şairin şeirləri səsləndirilib. Həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan görkəmli Azərbaycan şairi Əli Tudəyə həsr olunmuş “Əli Tudə-100” adlı elektron məlumat bazasının təqdimatı olub.

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3815
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3574
Bu yol qovşağında təmir işləri aparılacaq
3066
Bakıda hoteldə yanğın başlayıb
2689
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1780
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1646
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1542
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1441
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1316
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1241
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1233
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1139
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1094
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
942
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
940
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
907
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
900
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
852
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
828
Sabah 5 kəndin qazı kəsiləcək
776